“Mançester Yunayted” mövsümü 3-cü yerdə bitirdi
“Mançester Yunayted” mövsümü 3-cü pillədə başa vurdu.
Maykl Kerrikin komandası gələn mövsüm UEFA Çempionlar Liqasında oynayacaq.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda "Qırmızı Şeytanlar" sona 1 tur qalmış qalib gəliblər:
Man Yunayted 3 - 2 Nottingem
L. Şou 5’
Morato 52’
M. Kunya 54’
B. Mbeumo 75'
M. Gibb Uayt 77’
Qollar: https://t.me/doxsanplus/116981
Kazemiro “Old Trafford”la vidalaşdı — bu, onun son oyunu idi
Klub futbolunda qazanılacaq hər şeyi qazandıqdan sonra 30 yaşında “Qırmızı Şeytanlar"a qoşulmuşdu
4 mövsüm ərzində o, hər şeyini ortaya qoydu; “Nyukasl”a qarşı Liqa Kuboku finalında qol vurdu, prinsipial rəqib “Man Siti” üzərində İngiltərə Kubokunu qazandı və klubun çətin dövrlərində komandaya sadiq qaldı.
Braziliyalı futbolçu “Old Trafford” azarkeşlərinin böyük sevgisini qazanaraq klubla vidalaşdı.
Bruno Fernandeş bu mövsüm Premyer Liqada 20 məhsuldar ötürmə edib!
Cəmi bir assist də etsə, Bruno Tyerri Anri və Kevin De Bruyneni geridə qoyaraq liqanın assist rekordunu qıracaq.
© Copyright 2026, All Rights Reserved