"Beşiktaş"ın azərbaycanlı futbolçusu futboldan uzaqlaşdırıldı
Daha iki futbolçu dopinq səbəbilə futboldan uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, Berkay Vardar və Emirhan Delibaşın test nəticələri müsbət çıxıb.
Futbolçularının hər ikisinə sərt cəza verilib. Onlar 4 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıblar.
Oyunçularının son klubları “Fatih Karagümrük” olub.
Qeyd: Vardar U-17 və U-19 Azərbaycan millilərində çıxış edib. Daha sonra isə Türkiyənin U-21 yığmasına keçib.
© Copyright 2026, All Rights Reserved