“Beşiktaş”ın əfsanəsinin nəvəsi vəfat etdi
“Beşiktaş” klubu əfsanəvi futbolçusu və sabiq rəhbərlərindən olan Feyyaz Uçarın nəvəsi Can Arbayın vəfat etdiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, Klubun tarixində futbolçu, məşqçi və idarəçi kimi mühüm rol oynamış Feyyaz Uçar bu acı xəbər ilə sarsılıb.
“Beşiktaş”dan başsağlığı mesajı
Qara-ağlı klubun paylaşdığı rəsmi başsağlığı mesajında belə deyilir:
“Əfsanə futbolçumuz Feyyaz Uçarın nəvəsinin vəfatını dərin kədərlə öyrənmişik. Həyatını itirən Can Arbay’a Allahdan rəhmət, Uçar ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirik.”
“Fənərbağça"dan açıqlama
Karyerasının bir dövründə “Fənərbağça"nın da formasını geyinən Feyyaz Uçar üçün sarı-lacivərt klub da başsağlığı mesajı yayımlayıb. Rəsmi açıqlamada belə qeyd olunub:
“Bir dövr Futbol A komandamızın formasını geyinmiş sabiq milli futbolçu və baş məşqçi Feyyaz Uçarın nəvəsi Can Arbayın vəfatını üzüntü ilə öyrənmişik. Mərhuma Allahdan rəhmət, Feyyaz Uçar’a, ailəsinə və yaxınlarına başsağlığı diləyirik.”
Allah rəhmət eləsin.
© Copyright 2026, All Rights Reserved