"Beşiktaş"ın hücumçusu İtaliyaya dönür
"Beşiktaş"ın italyan ulduzu Ciro Immobile "Bolonya"ya transfer oldu.
90plus.az xəbər verir ki, "Beşiktaş"la yollarını ayırmaq istəyən Immobile İtaliya Serie A təmsilçisi "Bolonya" ilə razılığa gəlib. Məşhur jurnalist Fabrizio Romanonun məlumatına görə, Immobile "Bolonya" ilə 1+1 illik müqavilə imzalayacaq.
İtalyan hücumçu hazırda müqaviləsinin ləğvi üçün "Beşiktaş" klubuyla görüşlər aparır. Bir mövsüm "Beşiktaş"da çıxış edən Ciro Immobile 41 matçda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved