BOK idmançımız haqqında paylaşım edib
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı Yaylagül Ramazanova barədə paylaşım edib.
90plus.az xəbər verir ki, qurum videonun altına bu cür rəy yazıb:
“Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova Paris 2024-də limitləri yenidən müəyyənləşdirdi.”
(Heart of a champion, strength of a mother. Yaylagul Ramazanova redefined limits at Paris 2024)
Qeyd: Ana olmağa hazırlaşan idmançımızın Olimpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri Yaylagül Ramazanovanın bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.
© Copyright 2026, All Rights Reserved