“Botafoqo” “Lion”u məhkəməyə verdi: 120 milyon borc var
“Botafoqo”dan “Lion”a qarşı iddia – 120 milyon avro tələb olunur.
90plus.az xəbər verir ki, Braziliyanın “Botafoqo” klubu Fransa təmsilçisi “Lion”u məhkəməyə verib.
ESPN Brasil-in yaydığı məlumata görə, klub “XP” bankından 54,5 milyon avro kredit götürərək “Lion”un maliyyələşdirilməsinə kömək etdiyini bildirib. Lakin “Botafoqo” iddia edir ki, bu məbləğdən onlara bir avro belə geri ödənilməyib.
Mənbənin əldə etdiyi sənədlərə əsasən, Braziliya klubu “Lion”a qarşı iki ayrı iddia qaldırıb və ümumilikdə 120 milyon avro tələb edir.
“Botafoqo” rəhbərliyi qeyd edir ki, Fransa klubu borcu tam şəkildə qaytarmağı öhdəsinə götürsə də, vəsait geri ödənilməyib və klub faktiki olaraq zərərə düşüb.
Hazırda Braziliya təmsilçisi “Lion”a borcun ödənilməsi üçün cəmi 3 iş günü vaxt verib. Əks halda, prosesin daha da sərtləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved