"Brayton"un türkiyəli futbolçusu zədələndi
İngiltərə Premyer Liqası komandalarından "Brayton"da forma geyinən türkiyəli futbolçu Ferdi Kadıoğlu haqqında zədə ilə bağlı açıqlama verilib.
90plus.az xəbər verir ki, Ferdi Kadıoğlunun sol ayaq baş barmağı oynağında kapsul yırtığı aşkarlanıb və onun ən azı 1 ay meydanlardan uzaq qalacağı bildirilib. Futbolçunun zədə səbəbilə əməliyyat olunması halında isə bu müddətin 2 aya çata biləcəyi qeyd olunub.
Mövsümün əvvəlində "Fənərbaxça"dan "Brayton"a 30 milyon avro transfer haqqı qarşılığında keçən Ferdi Kadıoğlu, çıxış etdiyi 6 Premyer Liqa oyununda 1 qol vurmuşdu. Türkiyəli futbolçu, son olaraq komandasının "Mançester Siti" ilə oynadığı və 2-1 hesabı ilə qalib gəldiyi oyunu zədə səbəbilə buraxmışdı.
© Copyright 2026, All Rights Reserved