“Çelsi”nin baş məşqçisi: “Bu futbol deyil, zarafatdır”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Benfika” ilə Klubların Dünya Çempionatının 1/8 final matçında (4:1) hava şəraiti ilə bağlı yaranan fasiləyə sərt reaksiya verib.
90plus.az xəbər verir ki, 45 yaşlı italiyalı çalışdırıcı turnirin özünü tərifləsə də, tez-tez baş verən fasilələri tənqid edib və qeyd edib ki, nə dünya çempionatlarında, nə də Avropadakı yarışlarda belə hallar yaşanır.
“Qol buraxmamışdıq, kifayət qədər qol epizodu yaratmışdıq və qalib gəlməliydik. Amma fasilədən sonra oyun tamamilə dəyişdi. Məncə, bu artıq futbol deyil.
Bu, yeddinci, səkkizinci, doqquzuncu dəfədir ki, oyun dayandırılır. Açığı, bu bir məzələnməkdir, futbol deyil. Bu, bizlik deyil. Siz belə uzun müddət paltardəyişmə otağında qala bilməzsiniz. Bu, tamamilə yeni bir şeydir və mən bunu anlamaqda çətinlik çəkirəm.
Təhlükəsizlik məsələlərini başa düşürəm, amma əgər 7-8 oyun dayandırılırsa, bəlkə də bu turnir üçün ABŞ ən yaxşı yer deyil”, – deyə Mareska jurnalistlərə bildirib.
Xatırlatma: “Benfika” – “Çelsi” oyunu 86-cı dəqiqədə ildırım təhlükəsi səbəbindən yarımçıq qalmış və iki saatlıq fasilədən sonra davam etdirilmişdi. Bu, Klubların Dünya Çempionatı 2025-də 50 oyundan altıncısı olub ki, hava səbəbindən dayanıb.
© Copyright 2026, All Rights Reserved