Çemberlen də “Beşiktaş”dan ayrılır
RƏSMİ: Aleks Oksleyd-Çemberlen “Beşiktaş”dan ayrılır.
90plus.az xəbər verir ki, “Beşiktaş”da daha bir ayrılıq reallaşır. İstanbul təmsilçisi ingilis futbolçu Aleks Oksleyd-Çemberlenlə yollarını ayırır.
Türkiyə mediasının məlumatına görə, təcrübəli yarımmüdafiəçi ilə müqavilənin vaxtından əvvəl ləğvi barədə razılıq əldə olunub. Çemberlenə qarşılıqlı anlaşma əsasında 1,5 milyon avro təzminat ödəniləcək.
Qeyd: 30 yaşlı futbolçunun “Beşiktaş”dakı illik maaşı 3,2 milyon avro təşkil edirdi.
Məlumatı tanınmış jurnalist Ertan Süzgün təsdiqləyib.
Əlavə: Çiro İmmobile de klubdan ayrılıb, "Bolonya"ya keçir.
© Copyright 2026, All Rights Reserved