Cengiz Ünder incidi “Beşiktaş”a gəlmədi
"Beşiktaş" Cengiz Ünderi 1.5 illik icarəyə götürmək istəyib, lakin alınmayıb.
90plus.az xəbər verir ki, "Ağ-qaralar" 27 yaşlı oyunçu üçün "Fənərbağça"ya satınalma opsiyalı icarə təklifi yollayıb. Amma Ünderin bu transferi "maaş anlaşmazlığı" səbəbindən baş tutmayıb.
İkinci versiya odur ki, “Beşiktaş” ilə “Fənərbağça” razılığı alınsa da, sosial mediadan gələn reaksiyalardan Cengiz Ünder məyus olub və “Beşiktaş” klubunun təklifini rədd edib. (Y. Sabuncuoğlu).
“Fənər”də az oyun şansı qazanan Cengizin transfer xəbərlərinə “Beşiktaş” azarkeşləri sosial şəbəkədə sərt reaksiya vermişdi.
Qeyd: 2023-cü ilin yayında "Marsel"dən 15 milyon avroya "Fənərbağçq"ya transfer olunan Cengiz Ünder "sarı-göy" formada zədə üzündən 24 matç buraxıb.
Mənbə: Ertan Süzgün və TRT Spor
© Copyright 2026, All Rights Reserved