Xabi Alonso “Çelsi”yə “HƏ” dedi
Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi olur. Alonso "HƏ" dedi.
90plus.az xəbər verir ki, “Çelsi” yeni baş məşqçisi ilə bağlı qərarını verib. Məşhur insayderlərin yaydığı məlumata görə, London klubu Xabi Alonso ilə razılığa gəlib.
Bildirilir ki, ispaniyalı mütəxəssis “Çelsi” ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan 4 illik müqavilə imzalayacaq. Razılaşmanın yaxın günlərdə tam rəsmiləşdirilməsi və klub tərəfindən rəsmi açıqlamanın verilməsi gözlənilir.
Alonso artıq təklifi qəbul edib və yaxın günlərdə yeni işinə başlamaq üçün Londona yollanacaq.
Qeyd olunur ki, keçmiş “Real Madrid” və “Liverpul” futbolçusu yay transfer planlarında da aktiv rol oynayacaq. Klub rəhbərliyi yeni layihənin əsas fiqurlarından biri kimi məhz Alonsoya güvənir.
Xatırlatma: Xabi Alonso məşqçi karyerasında son illərdə uğurlu çıxışı ilə diqqət çəkib və Avropanın bir sıra nəhəng klublarının maraq dairəsində olub.
© Copyright 2026, All Rights Reserved