Mourinyo “Real”a qayıdır! Razılıq əldə olunub
Mourinyo “Real Madrid”a qayıdır: Razılaşma yaxın günlərdə rəsmiləşə bilər.
90plus.az xəbər verir ki, Joze Mourinyo mövsümün sonunda yenidən “Real Madrid”ın baş məşqçisi olmağa yaxındır. MARCA-nın yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis hazırda Madrid klubunun rəhbərliyi tərəfindən nəzərdən keçirilən yeganə namizəddir.
Məlumatda bildirilir ki, tərəflər arasında əsas məsələlər üzrə razılıq əldə olunub və yalnız son detalların həlli qalıb. Bunlardan biri də Mourinyonun hazırkı klubu “Benfika” ilə müqaviləsinin ləğvi üçün nəzərdə tutulan təxminən 3 milyon avroluq kompensasiyadır. “Real Madrid” rəhbərliyi isə bunu ciddi problem hesab etmir.
İddialara görə, Mourinyo komandadakı transfer qərarlarında da söz sahibi olacaq. Həm yeni futbolçuların gəlişi, həm də ayrılıqlarla bağlı qərarlarda onun fikirləri nəzərə alınacaq.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
“Real Madrid” rəhbərliyi soyunub-geyinmə otağındakı problemləri və komandadakı gərgin atmosferi aradan qaldırmaq üçün Mourinyonun təcrübəsinə güvənir. Klub prezidenti Florentino Peresin də bu qərarı şəxsən dəstəklədiyi vurğulanır.
Xatırlatma: Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”ı çalışdırıb. Onun rəhbərliyi altında Madrid təmsilçisi La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanmışdı.
© Copyright 2026, All Rights Reserved