"Cim-Bom" Barışla bağlı qərarını verdi
"Qalatasaray" Barış Alper Yılmazla bağlı mövqeyini açıqlayıb.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının NEOM klubu tərəfindən istənilən Barış Alper Yılmazla bağlı İstanbul təmsilçisi qərarını verib.
Jurnalist Ertan Süzgünün yaydığı məlumata görə, “sarı-qırmızılar” 25 yaşlı türkiyəli futbolçunun satılmasına razılıq verməyib və NEOM-un göndərdiyi bütün təklifləri rədd edib. Beləliklə, vinger komandada qalacaq.
Xatırlatma: Barış Alper Yılmaz “Qalatasaray”a 2022-ci ilin yayında “Ankara Keçiörengücü” klubundan transfer olunub. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqada keçirdiyi 2 oyunda 3 dəfə rəqib qapısına yol tapıb və 2 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved