CR7 zədədən dublla qayıtdı
CR7 zədədən qayıtdı – dubl etdi, 1000 qola daha da yaxınlaşdı.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda “Əl Nəsr” doğma meydanda “Əl Nəcma”nı 5:2 hesabı ilə məğlub edib.
Görüşün əsas qəhrəmanlarından biri zədədən sonra meydana qayıdan Kriştiano Ronaldo olub. Portuqaliyalı hücumçu 56-cı dəqiqədə penaltidən və 73-cü dəqiqədə fərqlənərək dubl edib. Bununla da Ronaldo karyerasında 1000 qol həddinə bir qədər də yaxınlaşıb – hazırda bu hədəfə çatmaq üçün 33 qol qalır.
Oyunda digər diqqətçəkən performans isə Sadio Manedən gəlib. Seneqallı ulduz 45+9 və 90+5-ci dəqiqələrdə rəqib qapısına yol taparaq komandasının qələbəsində mühüm rol oynayıb:
Əl Nəsr 5 - 2 Əl Nəcma
Rajeh Altulayhi 44’
A. Alhamddan 45+8’
S. Mane 45+9’ 90+5’
Kardoso 47’
K. Ronaldo 56’ (p) 73’
Ronaldonun qolları: https://t.me/doxsanplus/116003
Bu qələbədən sonra “Əl Nəsr” turnir cədvəlində liderliyini möhkəmləndirib. Komanda ən yaxın izləyicisini 6 xal qabaqlayır.
© Copyright 2026, All Rights Reserved