Daha bir DÇ qışda keçiriləcək - Klublar razı deyil
FIFA DÇ-2030 və 2034-də ev sahiblərinin adına aydınlıq gətirib.
90plus.az xəbər verir ki, FIFA 2030 Dünya Kubokuna Mərakeş, İspaniya və Portuqaliyanın ev sahibliyi edəcəyini açıqladığı halda, 2034 Dünya Kubokunun Səudiyyə Ərəbistanında keçiriləcəyini elan edib.
KLUBLAR RAZI DEYİL
İngiltərə mətbuatından olan "The Mirror"un xəbərinə görə, İngiltərə Premyer Liqası da daxil olmaqla Avropanın bir çox ölkəsinin futbol liqaları, uzun fasiləyə səbəb olacağına və qlobal futbol təqvimini daha da pozacağına inandıqları üçün başqa bir qış Dünya Kubokuna qarşı çıxır. Xəbərdə, Səudiyyə Ərəbistanının ev sahibi kimi seçilməsinin "səhv" olduğu bildirilərək, klubların oyun cədvəllərindəki ləngimələri azaltmaq üçün yeni bir təqvim hazırlanması məqsədilə indidən FİFA-ya təzyiq göstərdiyi irəli sürülüb.
© Copyright 2026, All Rights Reserved