Daha bir "Siti"li sıradan çıxdı
“Mançester Siti”nin müdafiəçisi Natan Ake zədələnib.
90plus.az xəbər verir ki, niderlandlı futbolçu qarşıdakı 10-11 həftə ərzində komandasında çıxış edə bilməyəcək. Bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola məlumat verib.
30 yaşlı müdafiəçi İngiltərə Kubokunun 1/8 final mərhələsində “Plimut”la keçirilən oyunda (3:1) zədə alıb.
Ake cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 18 matçda iştirak edib.
Qeyd: Bundan əvvəl komandanın digər müdafiəçiləri – Con Stounz və Manuel Akanci də zədələnmişdi.
© Copyright 2026, All Rights Reserved