Deko da Neymarı “Barça”da istəmir
"Barselona"nın idman direktoru Deko Neymarın qayıdışının əleyhinədir.
90plus.az xəbər verir ki, 47 yaşlı braziliyalı Neymsrın komandaya xeyirli olacağınl düşünmür:
"Neymar fenomenaldır. O, futbolçu kimi əsas yolu "Barça"da keçib və burada hər şeyə nail olub. Bəzən bu cür oyunçuların geridönüşü alınır, bəzən isə yox. Amma düşünürəm ki, hazırda "Barselona"nın Neymarın qayıdışı haqda düşünməsi üçün uyğun zaman deyil.
"Komandanı ağıllı şəkildə, balansı qoruyaraq qurmaq lazımdır. Fikrimcə, Neymar indi ilk növbədə xoşbəxt olmalı və futboldan həzz almalıdır. Braziliya millisinin də ona ehtiyacı var. Futbolu sevən hər kəs Neymarı xoşbəxt görmək istəyir".
Qeyd: Neymarın agenti ulduz futbolçunu köhnə komandasına qaytarmağa çalışsa da, görünür, bu iş alınmayacaq.
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved