Dembele: "Mənim üçün bu, "Qızıl top"dan dəyərlidir"
Fransanın PSJ komandasının cinah oyunçusu Usman Dembele “Qızıl top” uğrunda mümkün mübarizə barədə danışıb.
90plus.az xəbər verir ki, tanınmış futbolçu "Prime Video"ya müsahibəsində bu barədə fikirlərini bildirib:
“‘Qızıl top’ üçün yarışmaq? Hazırda ən vacib məsələ PSJ-nin həqiqi bir kollektiv kimi çıxış etməsidir. Biz meydanda birlikdə oynamaqdan həzz alırıq. Qarşımızda hələ uzun bir yol var. Mənim üçün komanda ilə əldə etdiyim titullar hər şeydən daha dəyərlidir”.
Qeyd: Fransa təmsilçisi Liqa 1-in çempionluğunu vaxtından əvvəl təmin edib. Bundan əlavə, Luis Enrikenin başçılıq etdiyi kollektiv UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Londonun "Arsenal" klubu ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved