Deşam: “1-ci olmağımıza qapıçı imkan vermədi”
Fransa millisinin çalışdırıcısı Didye Deşam Avropa çempionatının 3-cü turunda Polşa ilə (1:1) heç-heçə bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, Deşam Polşa millisinin qapıçısı Lukas Skorupskinin əla oynadığını, ona görə 1-ci yeri tutmadıqlarını söyləyib:
"Üzülmürəm, təbii ki, birinci yeri tutmaq istəyirdik, amma rəqib qapıçı əla idi. Çoxlu seyvlər etdi. Qapıçını qiymətləndirmək lazımdır. Şanslar ola bilər, amma həmişə qol vura bilməzsiniz".
Qeyd: Fransa D qrupunda ikinci yerin sahibi kimi çempionatın 1/8-nə yollanır.
© Copyright 2026, All Rights Reserved