Dibaladan "Qalatasaray" azarkeşlərini üzən qərar
İtaliyanın "Roma" klubunun argentinalı futbolçusu Paulo Dibala Türkiyə təmsilçisi "Qalatasaray"ın təklifini qəbul etməyib.
90plus.az xəbər verir ki, 31 yaşlı hücumçu İtaliya komandasında qalacaq.
Argentina millisinin heyətində dünya çempionu olan futbolçu paytaxt təmsilçisi ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatmaq niyyətindədir.
Qeyd: P.Dibala 2024/2025 mövsümündə bütün yarışlarda meydana çıxdığı 20 oyunda 5 qola və 2 məhsuldar ötürməyə imza atıb.
© Copyright 2026, All Rights Reserved