Dünya Kuboku: 1/4 finalın ilk adı bilindi
“Palmeyras” genişləndirilmiş Klubların Dünya Çempionatında 1/4 finala yüksələn ilk komanda oldu!
90plus.az xəbər verir ki, komandaya qələbəni əlavə vaxtda vurduğu qolla Paulinyo qazandırdı. Cənubi Amerika çempionu olan “Botafoqo” müdafiədə inamlı təsir bağışlasa da, hücumda passiv oyunu ilə istedadını gizlətdi və oyunun axırında bunun əvəzini ödəməli oldu.
Vitinyo son dəqiqələrdə böyük bir şansı boşa verdi. “Palmeyras” isə son dəqiqələri 10 nəfərlə keçirməli oldu – Qustavo Qomes qırmızı vərəqə aldı və komandasını çətin vəziyyətdə qoydu.
Klublararası DÇ | 1/8 final:
YEKUN | Palmerias 1➖0 Botafogo
100' Paulinho
VİDEO: https://t.me/doxsanplus/104631
Beləliklə, “Palmerias” Klublararası DÇ-də 1/4 finala yüksəldi. PSJ üzərindəki qrup qələbəsi ilə sürprizə imza atmış “Botafogo”nun çıxışı isə 1/8 final mərhələsində dayandı.
"Palmeiras" 1/4 finalda "Benfika-Çelsi” cütünün qalibi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved