Dünya Kuboku: BƏƏ və Mərakeş klubları son oyuna çıxdılar
"Əl-Əin" 2025 Klubların Dünya Çempionatında son qrup oyununda “Vidad Kasablanka” üzərində 2:1 hesablı qələbə qazanıb. Hər iki komanda bu qarşılaşma öncəsi artıq növbəti mərhələyə vəsiqə şansını itirmişdi.
90plus.az xəbər verir ki, turnir boyunca güclü azarkeş dəstəyi ilə seçilən Mərakeş təmsilçisi “Uidad” Vaşinqtondakı “Audi Fild” stadionunda turnirdəki son oyununa çıxıb.
“Qol vurduğum və komandama kömək etdiyim üçün çox xoşbəxtəm… bu çətin qrupda iştirak etmək Əl-Əin üçün yaxşı təcrübə oldu. Sonadək mübarizə aparmaq bizim üçün dəyərlidir”, – deyə Romero oyundan sonra bildirib.
© Copyright 2026, All Rights Reserved