Dünya Kuboku: “Bayern” oyun olacaq şəhərə gedə bilmir
“Bild” nəşrinin məlumatına görə, “Bayern Münhen” Klubların Dünya Çempionatında “Flamenqo”ya qarşı 1/8 final oyunu üçün Mayamiyə uça bilmir.
90plus.az xəbər verir ki, komandanın uçuşu güclü fırtına səbəbindən təxirə düşüb və artıq iki saata yaxındır ki, Münhen təmsilçisi Orlando şəhərində ilişib qalıb. Bu gecəyarısı Bakı vaxtı ilə saat 00:00-da keçirilməsi planlaşdırılan oyunun taleyi qeyri-müəyyən olaraq qalır.
Qeyd: Bu gecə Çarlott şəhərində baş tutan “Benfika” – “Çelsi” (1-4) matçı da ildırım və güclü yağış səbəbindən yarımçıq dayanıb sonradan davam edib.
“Bayern” qrup mərhələsində “Benfika”ya 0:1 hesabı ilə uduzmasına baxmayaraq, növbəti mərhələyə vəsiqə qazanmışdı. Alman klubu indi hava şəraiti ilə bağlı yaranmış problemin öhdəsindən gəlib braziliyalılarla oyuna çıxmağa çalışacaq.
© Copyright 2026, All Rights Reserved