Ederson “Fənərbağça”ya gəlir
Ederson “Fənərbağça”ya transfer olunur.
90plus.az xəbər verir ki, "Fənərbağça” heyətinə möhtəşəm transfer gerçəkləşdirir. İstanbul klubu “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonun transferi üçün şifahi razılıq əldə edib.
Razılaşmaya əsasən, “sarı-göylər” 31 yaşlı qolkiperin keçidi üçün təxminən 13–14 milyon avro ödəyəcək. Futbolçunun şəxsi şərtləri də agent Jorje Mendiş və klub direktoru Devin Özek ilə razılaşdırılıb.
Edersonun yaxın günlərdə Türkiyəyə gələrək tibbi müayinədən keçməsi və rəsmi müqavilə imzalaması gözlənilir.
Mənbə: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved