Endi Kerol: "Burada oynamaq üçün cibimdən pul verirəm"
”Bordo” klubunda ayda 3500 avro maaş alan Endi Karoll müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Düzünü desəm, burada oynamaq mənə cibimdən pul xərcləmək bahasına başa gəlir, amma pul karyeramda heç vaxt məni narahat etməyib. Sadəcə futbol oynadığım üçün xoşbəxtəm, bu klubun tarixinin bir parçası olmaq istəyirəm.
Oynadığım liqanın səviyyəsinin əhəmiyyəti yoxdur. Mən Fransa futbolunun böyük klublarından birində oynayıram. Ümid edirəm ki, komandaya bu mövsüm məqsədlərinə çatmaqda kömək edə bilərəm.
Bordo Fransada ən çox ingilis və irland meyxanası olan şəhərdir? Şəhərə ilk gələndə bir meyxanaya baxdım, başımı başqa meyxanaya çevirdim, hər yerdə meyxanalar var, dolu idi. Amma hələ birinə getmək imkanım olmayıb. Burada hər anımdan zövq almağa çalışıram"
© Copyright 2026, All Rights Reserved