Enrike “İnter Mayami” ilə oyun haqda: “10 saniyə də arxayınlaşmaq olmaz”
PSJ-nin baş məşqçisi Luis Enrike Klubların Dünya Çempionatının 1/8 final mərhələsində bu gün “İnter Mayami”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Enrike komandasının nə etməli olduğunu çatdırıb:
“Futbolda kim 10 saniyə belə arxayınlaşsa, sonunun necə bitəcəyini artıq bilir. Onların səviyyəsinə və keyfiyyətlərinə heç bir şübhə yoxdur, çünki bu turnirdə hələ məğlub olmayıblar. “İnter Mayami”nin bütün üç oyununu və əvvəlki bəzi matçlarını izləmişəm, bu səviyyəyə sahib olduqları görünür.
Əgər pressinq edə bilməsək, onlara qarşı təzyiq göstərmək çətin olacaq. Özümüz topa sahib ola bilməsək, vəziyyət yaxşı olmayacaq, çünki Buskets hələ də eyni səviyyədədir, dəyişməyib. Futbol dünyasında hər kəs Leonun Xordiyə ötürmələrini tanıyır, amma bu hər oyunda təkrar olunur.
Maskerano kimi baş məşqçiyə qarşı ya əla oyun göstərib, intensivliyi lazımi səviyyədə saxlamalıyıq, ya da onlar bu oyunu asanlıqla qazanacaq – bunda şübhə yoxdur,” – deyə Enrike bildirib.
Qarşılaşma bu gün 29 iyun tarixində Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved