Fatih Terim yeni klubuna yaxın – BƏƏ yolçusudur
Türkiyənin ən tanınmış məşqçilərindən olan Fatih Terimin yeni ünvanı bəlli olmaq üzrədir. Son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunu çalışdıran təcrübəli çalışdırıcı karyerasına davam etmək qərarı verib.
90plus.az xəbər verir ki, 71 yaşlı baş məşqçi bu dəfə futbol karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Hazırda konkret klub adı açıqlanmasa da, Fatih Terimin bölgədə bir komanda ilə ciddi təmasda olduğu bildirilir.
Məlumata əsasən, Terim sabah müqavilə detalları və son qərar üçün Dubaya səfər edəcək.
Qeyd: Fatih Terim bundan əvvəl "Qalatasaray", "Fiorentina", "Milan", "Panatinaikos" və "Əl-Şabab" kimi klublarda baş məşqçi kimi çalışıb. O, həmçinin Türkiyə millisində də bir neçə dövr ərzində baş məşqçi olub.
© Copyright 2026, All Rights Reserved