Felipe Melo futboldan getdi
41 yaşlı braziliyalı yarımmüdafiəçi, "Qalatasaray" azarkeşlərinin göz bəbəyi Felipe Melo futboldan getdiyini açıqladı.
90plus.az xəbər verir ki, futbol dünyasında silinməz iz qoyan Melo açıqlamasında emosional ifadələrə yer verib:
“Oynamaq şansı tapdığım bütün klublara, bu yolda mənə dəstək olan azarkeşlərə, birlikdə oynadığım komanda yoldaşlarıma, bu səyahəti unudulmaz edən hər kəsə və mənə hər zaman inanan ailəmə təşəkkür edirəm”.
Karyerası boyunca “Qalatasaray”, “Yuventus”, “Fiorentina”, “İnter”, “Flamenqo”, “Palmeyras”, “Fluminense” kimi mühüm klublarda forma geyinən Melo azarkeşlərin sevgisini qazanaraq meydanda aqressiv və mübariz oyun tərzi ilə tanınıb.
Karyerası:
800 matç
62 qol
24 məhsuldar ötürmə
3 dəfə Super Liqanın qalibi
2 dəfə Türkiyə Kubokunun sahibi
3 dəfə Türkiyə Super Kuboku
3 dəfə Libertadores Kuboku
2 dəfə Braziliya A Seriyası çempionu
2 dəfə Braziliya Kuboku
1 dəfə Recopa Sudamericana
1 dəfə FIFA Konfederasiyalar Kuboku.
© Copyright 2026, All Rights Reserved