Fernandu Santuş: "2-3 il sonra verdiyim vədlər boşa çıxsa,..."
Sabah UEFA Milllətlər Liqası çərçivəsində Slovakiya komandası ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş qarşıdakı oyunla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları deyib:
Bədavi kapitan kimi
- Pozitiv köklənməliyik. Yaxşı nəticələrə ehtiyacımız var, ona görə nikbinəm. Kapitanlıq mövzusu elədir ki, hər dəfə dəyişmək istəməzdik. Amma liderlik xüsusiyyətlərini nəzərə alaraq Bədavini kapitan kimi düşünürük.
Emin Mahmudov haqqında
- Kapitanlıq özünü həm meydanda, həm də meydandan kənarda göstərməlidir. Fərdi olaraq Emin Mahmudovu çox bəyənirəm, həmçinin futbolçu kimi. Əgər futbolçu məşqçinin göstərişlərini yerinə yetirə bilmirsə, deməli başqa kapitan seçməliyik.
İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim, yerinə yetirilmədi. Bu qədər.
Oyunda problemlər haqqında
- Təbii ki, çox çalışmalıyıq. Müəyyən fəlsəfəni aşılamaq üçün. Artıq hücum planında müəyyən işlərin alındığını görürük. Son oyunda hücum planında nəsə edə biləcəyimizi gördük. Qol vəziyyətləri yaratmağa davam etsək, bəhrəsini görəcəyik. Amma çox qol buraxdığın halda çətinliklə üzləşirsən. Bu futboldur. Müdafiə planında işləməli çox məqamlar var. Buna daha çox fokuskanmalıyıq. Eləcə də digər aspektlərdə problemlər var. Daha çox məşq etmək, daha çox oynanaqla problemləri həll edəcəyik.
Azərbaycan millisinin gələcəyi
- Futbolçuların psixoloji durumunu da yaxşılaşdırmağa çalışırıq. Hər gün söhbət edirik. Nəticələr bizi qane etmir. Təbii ki, xoşbəxt deyiləm. Mənim məşqçi karyeramın cəmi 15 faizini məğlubiyyətlər təşkil edir. Mən normal komanda formalaşdırmaq istəyirəm. Asan olmayacaq. Portuqaliyada işləyəndə də Azərbaycana qarşı çıxış etmişdim. Hazırkı vəziyyət mənim üçün də ürəkaçan deyil. Bura gəlməzdən əvvəl buradakı layihəyə inanırdım. Məqsədimizə çatacayıq.
Azərbaycanlı məşqçi
- Məşqçi heyətimizdə azərbaycanlı məşqçinin olmasını istəyirik. Bu barədə İlqar Qurbanovla da danışmışıq.
Millidəki gələcəyi
- Əgər 2-3 il sonra da verdiyim vədlər boşa çıxsa, məsuliyyəti öz üzərimə götürəcəyəm. Əgər belə olsa federasiya rəhbərliyindən üzr istəyəcəyəm. 2028-ci ilə kimi müqaviləm var, bütün nəticələrə görə məsuliyyət mənim üzərimdədir.
Azarkeşlər haqqında
- Azarkeşləri yaxşı anlayıram. Nəticələrdən məmnun deyillər. Biz də həmçinin. Gələcəkdə əziyyətimizin nəticəsini görmək üçün pozitivə köklənməliyik. Ona görə azarkeşlərin dəstəyini də ehtiyacınız var. Onlara səslənirəm, xahiş edirəm, oyunlara gəlib komandanı dəstəkləyin.
Uğursuzluqlarda pay bölgüsü
- Uğursuzluqda hər kəsin öz payı var. Hazırkı çətin vəziyyətdə günahı kimində boynuna yığmaq düz deyil. Bəzən problemlər qaçılmaz olur, ona görə çox məyusuq.