"Fənər" "Man Siti"nin qapıçısını "radarına saldı"
"Mançester Siti"nin qapıçısı Ştefan Orteqanın karyerasını Türkiyədə davam etdirməsi mümkündür.
90plus.az xəbər verir ki, "Fənərbağça" alman qolkiperin transferini reallaşdırmaq niyyətindədir. Bu barədə "Sky Sports" məlumat yayımlayıb.
İstanbul təmsilçisi Orteqanın keçidi üçün "Mançester Siti" ilə danışıqlara start verib. 32 yaşlı qapıçıya İngiltərədən daha üç klub da maraq göstərir.
Xatırlatma: Ştefan Orteqa 2022-ci ilin yay transfer dövründən bəri "Mançester Siti"nin formasını geyinir. Almaniya millisinin keçmiş üzvü ötən mövsüm Premyer Liqa klubunun heyətində 22 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved