"Fənər" "Qalatasaray"ın uzaqlaşmasına izn vermədi
"Fənərbağça" aranın çox açılmasına imkan vermədi.
90plus.az xəbər verir ki, Türkiyə çempionatının 18-ci turunda "Fənərbağça" səfərdə "Konyaspor"la qarşılaşdı. Lider "Qalatasaray"dan çox geri düşmək istəməyən "Fənərbağça" istəkli başladı, ancaq hələ görüşün əvvəlində 25-ci saniyədə qapısında qol gördü. Daha sonra toparlanmağı bacaran İstanbul təmsilçisi matçdan 3-2 hesablı qələbə ilə ayrılmağı bacardı.
Konyaspor 2-3 Fənərbağça
Pedrinyo 1'
Müldür 14'
Çağlar 25'
Kramer 44'
Tadic 61'
Matçda vurulan qolların videoları:
Qeyd: "Fənərbağça" 18 oyundan sonra 42 xalla 2-cidir. Lider "Qalatasaray"ın isə 50 xalı var.
© Copyright 2026, All Rights Reserved