"Fənər"ə yazıldı, "Qalatasaray" transfer edir
Diego Karlos və Milan Şkrinyar ilə müdafiə xəttini gücləndirən "Fənərbağça", Merih Demiral transferini hələlik təxirə salıb.
90plus.az xəbər verir ki, xüsusilə Şkrinyar transferində "Qalatasaray"a gözlənilməz bir zərbə vuran "Fənərbağça", bu dəfə oxşar bir addımı sarı-qırmızılı komandadan görə bilər.
Bu çərçivədə "Qalatasaray"ın Merih Demiralı heyətinə qatmaq istədiyi iddia edilib. Oyunçu ilə danışıqların davam etdiyi, tərəflərin razılığa gəlmək üçün təmasları davam etdirdiyi bildirilib.
Razılaşma əldə olunacağı təqdirdə, Merih Demiralın "Qalatasaray"a imza atması gözlənilir.
© Copyright 2026, All Rights Reserved