“Fənərbağça” derbidə son anda qol vurdu
"Fənərbağça" son anda xilas oldu: Kadıköydə derbi bərabərə bitdi.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 14-cü turunda mövsümün ən gözlənilən oyunlarından biri – “Fənərbağça” ilə “Qalatasaray” arasındakı derbi Kadıköydə baş tutdu. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə yekunlaşdı.
Oyunda hesabı 28-ci dəqiqədə “Qalatasaray”ın ulduzu Leroy Sane açdı. İlk hissədə daha üstün görünən “sarı-qırmızılılar” fasiləyə avantajla yollandı.
Matçın taleyi isə son dəqiqələrdə dəyişdi. “Fənərbağça”nın hücumçusu Con Duran 90+5-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas etdi. Qeyd edək ki, Duran bu mövsümdəki hər iki qolunu derbilərdə – “Beşiktaş” və “Qalatasaray”a qarşı – vurub:
Fənərbağça 1 – 1 Qalatasaray
Leroy Sane 28’
Con Duran 90+5’
Qollar:
https://t.me/doxsanplus/111604
https://t.me/doxsanplus/111605
”Fənərbağça” və ”Qalatasaray” 2019-cu ilin aprelindən bəri ilk dəfə Kadıköydə keçirilən Süper Liqa oyununda 1:1 hesabı ilə heç-heçə edib.
Bu nəticədən sonra “Qalatasaray”ın xalı 33-ə yüksəldi, “Fənərbağça” isə 32 xal topladı.
Növbəti turda “Qalatasaray” öz meydanında “Samsunspor”u qəbul edəcək. “Fənərbağça” isə səfərdə “Başakşəhər”lə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved