"Fənərbağça" Fransadan özbək müdafiəçi transfer edir
Türkiyənin "Fənərbağça" klubu müdafiə xəttini yeni bir oyunçu ilə gücləndirməyi nəzərdə tutur.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas məqsədi "Lans" klubunda çıxış edən Abdukodir Xusanovdur. Bu barədə "Sabah" qəzeti məlumat yayıb.
"Fənərbağça" özbək mərkəz müdafiəçisini yanvar ayında transfer etməyi planlaşdırır. Super Liqa nəhəngi, 20 yaşlı futbolçu üçün onun klubuna təklif göndərməyi nəzərdə tutur.
Qeyd: "Lans" ötən ilin yayında Abdukodir Xusanovu Belarusun "Energetik-BQU" klubundan transfer edib. Özbəkistan millisinin üzvü olan gənc oyunçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində çıxış etdiyi 16 rəsmi matçda 1 qol ötürməsi ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved