"Fənərbağça" ingilis futbolçunu "radarına saldı"
90plus.az xəbər verir ki, "Fənərbağça" klubu "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun transferi üçün onun müqaviləsindəki 40 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirməyə hazırlaşır.
Türkiyə nəhəngi bu transferlə bağlı ciddi niyyətlərini ortaya qoysa da, Reşfordun qərarı onların planlarını poza bilər. İngiltərə millisinin üzvü yalnız "Barselona"ya keçidi nəzərdən keçirdiyi üçün "Fənərbağça"nın cəhdləri boşa çıxa bilər.
İstanbul klubu artıq nümayəndəsini İngiltərəyə göndərərək həm "Mançester Yunayted", həm də futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. Məqsəd Reşfordu fikrindən döndərmək və onu Türkiyəyə gətirməkdir.
Lakin futbolçunun prioriteti dəyişməz olaraq qalır – o, yalnız "Kamp Nou"ya keçidi nəzərdən keçirir və digər variantları artıq rədd etdiyi bildirilir.
Öz növbəsində "Barselona" hələ ki, rəsmi təklif göndərməyib. Amma Kataloniya təmsilçisinin davam edən marağı onların Reşford üçün əsas favorit olmasına səbəb olub.
© Copyright 2026, All Rights Reserved