"Fənərbağça" Kerem Aktürkoğlunu transfer etdi – rəsmi açıqlama
"Fənərbağça" klubu milli futbolçu Kerem Aktürkoğlunun transferi ilə bağlı "Benfika" ilə prinsipial razılığa gəldiyini rəsmi olaraq açıqlayıb.
90plus.az xəbər verir ki, sarı-göylü klubun sosial media hesabında yayımlanan açıqlamada bildirilib:
“Klubumuz milli futbolçu Kerem Aktürkoğlunun transferi ilə bağlı "Benfika" ilə prinsipial razılığa gəlib. Futbolçu ilə transfer danışıqlarını irəli aparmaq və tibbi müayinədən keçmək məqsədilə İstanbul şəhərinə dəvət olunub.”
Portuqaliya təmsilçisi "Benfika" da daha öncə yaydığı açıqlamada, Kerem Aktürkoğlunun 22,5 milyon avro qarşılığında "Fənərbağça"ya transferi üçün razılıq əldə edildiyini bildirmişdi.
"Çubuqlu" forma ilə ilk paylaşım gəldi
"Fənərbağça" İdarə Heyətinin üzvü Hakan Safi, Kerem Aktürkoğlu ilə birlikdə təyyarədə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq belə yazıb:
“İmzayı atdı, çubuqlunu geyindi, İstanbul yolçuluğumuz başladı. Uşaqlıqdan xəyal etdiyin eşqinə xoş gəlmisən, Kerem Aktürkoğlu!”
Bu da Aktürkoğlunun təəssüratları:
https://www.instagram.com/reel/DOCJkHZAB0j/?igsh=YnAwMWhyMXhtYWw0
Beləliklə, Türkiyə milli komandasının önəmli simalarından biri olan Kerem Aktürkoğlu, rəsmi olaraq "Fənərbağça"nın formasını geyinməyə hazırlaşır.
© Copyright 2026, All Rights Reserved