"Fənərbağça" Mourinyonu bir türklə əvəz edəcək
Əgər "Fənərbağça" bu mövsümü çempionluqla başa vurmasa, Joze Mourinyo komandadan ayrıla bilər.
90plus.az xəbər verir ki, klub rəhbərliyi artıq Mourinyonu əvəzləyə biləcək yeni baş məşqçi namizədini də müəyyənləşdirib. "Fənərbağça"nın nə Türkiyə Kubokunda, nə də Avropa turnirlərində uğur əldə etməməsi rəhbərliyin narazılığına səbəb olub. Klub rəhbərliyi yalnız Super Liqa çempionluğu ilə kifayətlənmək niyyətindədir. Klub prezidenti Ali Koç Mourinyonu əvəz edəcək baş məşqçi kimi Sergen Yalçını görür.
Qeyd: Turnir cədvəlində "Fənərbağça" lider "Qalatasaray"dan 3 xal geri qalır.
© Copyright 2026, All Rights Reserved