"Fənərbağça" Rusiya klubu ilə əməkdaşlığı 3 illik uzatdı
"Fənərbağça" futbol klubu Rusiya təmsilçisi "Zenit" ilə mövcud əməkdaşlıq müqaviləsinin müddətini daha 3 il uzatdığını rəsmi olaraq açıqlayıb.
90plus.az xəbər verir ki, bu qərar tərəflər arasında mövcud strateji tərəfdaşlığın davam etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məqsədi ilə qəbul edilib.
"Fənərbağça" tərəfindən yayılan açıqlamada bildirilib ki, "Zenit" ilə olan əməkdaşlıq klubun beynəlxalq aləmdə tanınmasına və futbol sahəsində təcrübə mübadiləsinə töhfə verəcək.
Əməkdaşlıq çərçivəsində iki klub arasında futbolçu inkişaf proqramları, birgə təlim-məşq toplanışları və digər idman layihələrinin həyata keçirilməsi planlaşdırılır.
"Fənərbağça" və "Zenit" arasında olan bu strateji əməkdaşlıq hər iki klubun inkişaf planlarına uyğun olaraq qarşılıqlı fayda və uğur gətirməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved