"Fənərbağça" sabiq "Beşiktaş"lıya imza atdıracaq
Türkiyənin “Fənərbağça” klubu 2025-ci ilin ilk transferini həyata keçirib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl-Nəsr”dən Anderson Talişkanın keçidini həll edib.
Braziliyalı yarımmüdafiəçinin keçidi Türkiyədə qış transfer pəncərəsinin başlayacağı 13 yanvar tarixində açıqlanacaq. 30 yaşlı futbolçu “Fənərbağça”da illik 7,5 milyon avro maaş alacaq.
Qeyd: 30 yaşlı braziliyalı yarımmüdafiəçi bu mövsüm ölkə çempionatında 10 oyuna 6 qol müəllifi olub.
Mənbə: Fanatik
© Copyright 2026, All Rights Reserved