"Fənərbağça" sabiq PSJ-lini istəyir
Növbəti mövsümdə əsas məqsədi çempionluq olan “Fənərbağça” güclü və iddialı heyət qurmağı planlaşdırır.
90plus.az xəbər verir ki, “Əl-Nəsr”dən Con Duranın transferini həll edən Super Liqa təmsilçisi indi də başqa bir ulduz futbolçunu heyətinə qatmağa çalışır.
“Fənərbağça” hücum xəttini möhkəmləndirmək üçün PSJ-nin futbolçusu Marko Asensionu əsas hədəflərindən biri kimi görür. İstanbul klubu artıq Fransa təmsilçisi ilə ilkin danışıqlara başlayıb.
Komandanın baş məşqçisi Joze Mourinyo ispan hücumameyilli yarımmüdafiəçini heyətində görmək istəyir və o, şəxsən Asensio ilə əlaqə saxlayıb.
Xatırlatma: Marko Asensio 2023-cü ilin yayında “Real Madrid”dən ayrıldıqdan sonra PSJ-yə transfer olunub. 29 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında icarə əsasında “Aston Villa”da forma geyinib və Premyer Liqada keçirdiyi 21 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved