"Fənərbağça"ya qatıq firması sponsor oldu
“Fənərbağça” stadionun ad hüquqları və Avropa formaları üçün sponsor danışıqlarına başladı.
90plus.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu stadionun ad hüquqları və Futbol A komandasının Avropa oyunlarında forma önündə yer alacaq sponsorluq üçün ABŞ mərkəzli “Chobani” şirkəti ilə danışıqlara başladığını açıqlayıb.
Klubun rəsmi açıqlamasında bildirilib:
“Klubumuz, stadionun ad hüquqları və Futbol A Komandamızın Avropa oyunları üçün forma ön sponsoru olması üçün Chobani şirkəti ilə danışıqlara başlamışdır.”
Qeyd: Bu sponsorluq razılaşması baş tutarsa, “Fənərbağça” həm maddi baxımdan mühüm gəlir əldə edə, həm də qlobal bazarda brend dəyərini artırmış olacaq.
© Copyright 2026, All Rights Reserved