"Fənərbağça" yeni transferini açıqladı
“Fənərbağça” qapı xəttini gücləndirib.
90plus.az xəbər verir ki, İstanbul klubu “Rizespor”un qapıçısı Tarık Çetini transfer edib. Bu barədə “Fənərbağça”nın mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperlə 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd: Tarık Çetin 2019-cu ilin yayında “Fənərbağça”nın U-21 komandasından ayrılaraq “Rizespor”a transfer olunmuşdu. O, geridə qalan mövsümdə Super Liqada 15 rəsmi oyunda forma geyinib.
© Copyright 2026, All Rights Reserved