"Fənərbağça" yeni transferini açıqladı
"Fənərbağça" klubu kolumbiyalı hücumçu Con Duranı 1 illik icarəyə transfer etdiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin yaydığı məlumatda bildirilib:
"Klubumuz, 'Əl-Nəsr' formasını geyinən Con Duranın 1 illik icarə əsasında komandamıza qoşulması üçün həm klubu, həm də futbolçu ilə razılıq əldə edib. Futbolçumuza 'çubuqlu' formamız altında uğurlu mövsüm arzulayırıq."
Ötən mövsümün göstəriciləri
23 yaşlı forvard ötən mövsüm "Aston Villa" və "Əl-Nəsr" klublarının heyətində ümumilikdə 47 rəsmi oyuna çıxıb və 24 qol vurub.
© Copyright 2026, All Rights Reserved