"Fənərbağça"da baş məşqçi axtarışı: Ali Koç qərarını verdi
"Fənərbağça" Jose Mourinyo ilə yollarını ayırdıqdan sonra baş məşqçi axtarışına başlayıb.
90plus.az xəbər verir ki, klub prezidenti Ali Koçun baş məşqçi məsələsində qərar verdiyi və danışıqlara start verildiyi bildirilir.
Ali Koçdan Şmidt addımı
Türkiyə mətbuatının xəbərinə görə, Ali Koç komandanın başına yüksək səviyyəli bir çalışdırıcının gətirilməsi tərəfdarıdır. Bu çərçivədə "Benfika"nın sabiq baş məşqçisi Roger Şmidt ilə ilkin təmaslar qurulub.
Əgər Şmidt ilə razılıq əldə olunmasa, ehtimal olunan alternativlər sırasında Edin Terziç, İsmayıl Kartal və Volkan Dəmirəl kimi tanınmış adların olduğu bildirilir.
Zəki Murat Göle ilə keçici dövr
Yeni baş məşqçi təyinatı reallaşana qədər komandanı Zəki Murat Göle çalışdıracaq. O, "Fənərbağça"nın qarşıdakı "Gənclərbirliyi", "Trabzonspor" və "Kasımpaşa" ilə olan oyunlarında texniki zonada olacaq.
Yeni baş məşqçinin ilk sınağı Avropa Liqasında
Məlumata görə, baş məşqçi təyinatı "Fənərbağça"nın 24 sentyabr tarixində UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə "Dinamo Zaqreb" ilə keçirəcəyi oyunadək yekunlaşdırılacaq. Yeni çalışdırıcı ilk dəfə həmin matçda komandanın başında olacaq.
© Copyright 2026, All Rights Reserved