"Fənərbağça"da gözlənilməz ayrılıq
Türkiyənin “Fənərbağça” klubunun rəhbərliyi İsmail Yüksekə yeni komanda tapması ilə bağlı göstəriş verib.
90plus.az xəbər verir ki, İsmail Yüksek cari mövsümün sonunda “Fənərbağça”dan ayrılacaq.
Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi “Fənərbağça”nın heyətində 23 görüşdə iştirak edib, lakin məhsuldar çıxışı ilə yadda qalmayıb.
Məhz bu amilə görə klub rəhbərliyi onunla yolları ayırmağa qərar verib.
© Copyright 2026, All Rights Reserved