"Fənərbağça"nın baş məşqçisi əməliyyat olundu
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo əməliyyat keçirdib.
90plus.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayımlayıb. Portuqaliyalı məşqçi öz ölkəsində əməliyyat olunub.
ESPN-in məlumatına əsasən, əməliyyat zamanı Mourinyonun öd kisəsi götürülüb.
Xatırlatma: "Fənərbağça" bu mövsüm Mourinyonun rəhbərliyi ilə keçirdiyi 26 oyunda 15 qələbə qazanıb, 6 oyunu heç-heçə ilə başa vurub və 5 qarşılaşmada məğlub olub. Komanda Superliqada 36 xalla 2-ci yerdə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved