"Fənərbağça"nın oyunu təxirə salındı
Superliqa startında üç oyun təxirə salındı.
90plus.az xəbər verir ki, Türkiyə Superliqasının yeni mövsümünün ilk turunda keçirilməli olan üç qarşılaşma təxirə salınıb.
Bu qərar klubların avrokuboklardakı iştirakını nəzərə alaraq Türkiyə Futbol Federasiyası tərəfindən verilib. Məlumat federasiyanın mətbuat xidməti tərəfindən açıqlanıb.
Təxirə salınan oyunlar bunlardır: "Fənərbağça" – "Alanyaspor", "Kayserispor" – "Beşiktaş" və "Fatih Karagümrük" – "Başakşehir". Sözügedən matçların yeni tarixləri hələlik açıqlanmayıb.
Xatırlatma: "Fənərbağça" UEFA Çempionlar Liqasında, "Beşiktaş" və "Başakşehir" isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində çıxış edir.
© Copyright 2026, All Rights Reserved