"Fənərbağça"nın ulduzu zədələndi
“Fənərbağça”nın braziliyalı futbolçusu Anderson Taliska zədə səbəbilə sıradan çıxıb.
90plus.az xəbər verir ki, İstanbul klubunun rəsmi saytında yer alan məlumata görə, 31 yaşlı yarımmüdafiəçi “Karagümrük”lə keçirilən və 2:2 hesabı ilə başa çatan yoxlama matçında arxa əzələsindən zədə alıb.
Taliska ilə bağlı müalicə prosesi artıq başlayıb. Zədənin nə qədər ciddi olduğu barədə isə hələlik ətraflı informasiya verilməyib.
© Copyright 2026, All Rights Reserved