"Fənərbağça"nın yeni Arda Güleri peyda olub
Son dövrlərdə gənclər akademiyasından yetişdirdiyi futbolçularla gündəmə gələn Super Liqa təmsilçisi "Fənərbağça"da 16 yaşlı Alaettin Ekici çıxışı ilə hər kəsi valeh edir.
90plus.az xəbər verir ki, 2009-cu il təvəllüdlü sol cinah oyunçusu cari mövsüm ərzində həm sol kənarda, həm də 8 nömrəli mövqedə oynayıb və mövsümü 25 qol və 15 assistlə tamamlayıb.
Mövsümün ən çox qol vuran oyunçusu olan Alaettin Ekici "Fənərbaça"nın pley-off mərhələsində "Alanyaspor"la keçirdiyi ilk oyunda qalibiyyət qoluna imza atıb.
"Fənərbağça" bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
© Copyright 2026, All Rights Reserved