“Fənərbağça”nın yeni evi: “Chobani Park”
“Fənərbağça”dan möhtəşəm kommersiya razılaşması — “Chobani” ilə stadion və forma reklamı müqaviləsi bağladı.
90plus.az xəbər verir ki, “Fənərbağça” klubu yeni mövsüm öncəsi əhəmiyyətli kommersiya addımı atıb. İstanbul nəhəngi ABŞ mənşəli sağlam qida şirkəti “Chobani” ilə həm stadion adı, həm də forma reklamı üzrə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “Fənərbağça”nın ev stadionu bundan sonra “Chobani Park” adlanacaq. Bu razılaşma 5+5 illik müddəti əhatə edir və klub bu əməkdaşlıqdan illik 10 milyon avro qazanacaq.
Bundan əlavə, “Chobani” loqosu növbəti mövsümdən etibarən “Fənərbağça”nın oyun formalarının ön hissəsində yer alacaq. Forma reklamı üzrə müqavilə isə 2+3 illik şərtlərlə bağlanıb və klub bu müqavilədən illik 4 milyon avro gəlir əldə edəcək.
Bu razılaşmalar “Fənərbağça”nın maliyyə gücünü artırmaqla yanaşı, klubun qlobal brend dəyərinin yüksəlməsinə də ciddi töhfə verəcək.
© Copyright 2026, All Rights Reserved